İspaniya La Liqasında 4-cü turun oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, turun oyunları çərçivəsinə "Real Madrid" "Real Sosyedad"ın qonağı olub.
Oyuna hesabı 12-ci dəqiqədə Kilian Mbappe açıb - 0:1.
32-ci dəqiqədə Din Heysenin meydanşadan çıxarılmasından sonra madridlilər azlıqda qalıblar.
Buna baxmayaraq, 44-cü dəqiqədə Arda Gülər hesab arasındakı fərqi artırıb - 0:2. Komandalar fasiləyə bu hesabla yollanıblar.
İkinci hissədə 56-cı dəqiqədə Mikel Oyarsabal hesab arasındakı fərqi azaldıb - 1:2. Oyun bu hesabla da başa çatıb.
İdman.biz