"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Mançester Yunayted"ə qarşı keçiriləcək İngiltərə çempionatının IV tur matçı öncəsi klubdakı gələcəyi ilə bağlı sualı cavablandırıb.
İdman.biz xəbər verir ki, oyun sentyabrın 14-də baş tutacaq.
"Gələcəkdə nə olacağını bilmədiyimlə bağlı dəfələrlə demişəm. Nəticələr vəziyyəti müəyyənləşdirir və yaxşı bir mövsüm keçirməliyəm. Klubun dəyişikliyə ehtiyacı olduğunu hiss etsəm, qalmayacağam. Ancaq indi keçən mövsümdə baş verənlərdən sonra bunu hər zamankindən daha çox istəyirəm.
Bunu təkcə keçmişdə etdiklərimə görə demirəm. Gələcəyə baxmağı xoşlayıram. Amma burada nə qədər qalacağam? İlk dəfə kluba gəlib 3 illik müqavilə imzalayanda 10 il burada qalacağımı ağlıma belə gətirməzdim. Bununla fəxr edirəm. Komandaya və kluba dönə-dönə kömək etmək istəyirəm”, – "Mirror" Qvardiolanın sözlərindən sitat gətirir.
İspan mütəxəssis 2016-cı ilin yayında “Mançester Siti”nin baş məşqçisi kimi vəzifəsinə başlayıb.
İdman.biz
