Postekoğludan jurnalistin sualına iddialı cavab

Xəbərlər
12 Sentyabr 2025 08:19
34
Postekoğludan jurnalistin sualına iddialı cavab

"Nottingem Forest"in yeni baş məşqçiisi Ange Postecoğlu ondan klubla ikinci mövsümdə kubok qazanıb-qazanmayacağı barədə suala iddialı cavab verib.

İdman.biz bildirir ki, 60 yaşlı avstraliyalı mütəxəssis Angelos Postekoğlu “Nottingem Forest”in 3 gün əvvəl baş məşqçisi təyin olunub. Məşqçi ilə müqavilə 2027-ci ilə qədər imzalanıb.

"Əlbəttə qazana bilərəm. Hətta ikinci ilə qalmaması üçün ilk mövsümümdə də bunu etməli ola bilərəm. “Seltik”də ilk ildə dubl qazandım", - Postekoğlu deyib.

Məsələ ondadır ki, daha öncə avstraliyalı baş məşqçi klubdakı ikinci mövsümündə həmişə kubok qazandığını deyib. Misal üçün o "Tottenhem" ilə ikinci il Avropa Liqasını qazanmasını göstərib.

İdman.biz