Maks Ferstappen: Yaxın illərdə Yamal "Qızıl top"u qazanacaq

Xəbərlər
12 Sentyabr 2025 19:28
43
Maks Ferstappen: Yaxın illərdə Yamal "Qızıl top"u qazanacaq

Dördqat Formula 1 çempionu "Red Bull" pilotu Maks Ferstappen "Barselona"nın futbolçusu Lamin Yamal haqqında fikirlərini bölüşüb.

İdman.biz bildirir ki, Ferstappen Yamalın yaxın illərdə "Qızıl top"u alacağına əminliyini ifadə edib.

"Onun etdikləri yaşına görə heyranedicidir, elə deyilmi? Bu inanılmazdır.

Baxın, düzdür, “Qızıl top”u ən yaxşılar qazanmalıdır, amma düzünü desəm, indi Messi və Kriştiano Ronaldonun dövründən sonra, ən azından mənim üçün aşkar qalib yoxdur. İndi digərlərini nəzərəçarpacaq dərəcədə qabaqlayan futbolçu yoxdur. Bəlkə kimsə hələ çox gəncdir və ya başqa nəsə. Amma əminəm ki, Lamin Yamal yaxın illərdə “Qızıl top”u qazanacaq”, – Maks Ferstappenin sözlərini "Mundo Deportivo" sitat gətirir.

İdman.biz