Fatih Terim bu Avropa millisinin baş məşqçisi ola bilər

Xəbərlər
10 Sentyabr 2025 21:15
55
Fatih Terim bu Avropa millisinin baş məşqçisi ola bilər

Son olaraq Səudiyyə Ərəbistanının "Əl Şabab" klubunu çalışdıran "Qalatasaray"ın və Türkiyə millîsinin sabiq baş məşqçisi Fatih Terim karyerasını Avropada davam etdirə bilər.

İdman.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, Terim, Çexiya millisinin baş məşqçisi postuna namizədlər sırasında yer alır.

Çexiya mətbuatında son dövrdə hazırkı baş məşqçi İvan Haseklə yolların ayrıla biləcəyi barədə məlumatlar yayılır.

72 yaşlı Fatih Terim bu ilin iyun ayında "Əl Şabab"dakı vəzifəsindən ayrılıb.

İdman.biz