Lamin Yamalın üç il əvvəl verdiyi qərar onun taleyini dəyişib

Xəbərlər
10 Sentyabr 2025 20:59
38
Lamin Yamalın üç il əvvəl verdiyi qərar onun taleyini dəyişib

"Bavariya" 2022-ci ildə "Barselona"nın yetirmələri Lamin Yamal və yarımmüdafiəçi Qavi ilə müqavilə imzalamağa çalışıb. Bu barədə İdman.biz Bild-ə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Münhen klubu Yamalın 16 yaşı tamam olmadığı üçün onu ala bilməyib. "Bavariya" Almaniyaya köçmək üçün futbolçunun valideynlərinə 5 milyon avro təklif edib, lakin Yamal Kataloniyada qalmaq istəyib. Qavi də İspaniya klubundan ayrılmamaq qərarını verlib.

Bu yay Lamin Yamal və "Barselona" 2031-ci ilə qədər yeni müqavilə imzalayıblar. Ötən mövsüm cinah oyunçusu klubun heyətində 18 qol vurub, 21 məhsuldar ötürmə edib. Transfermarkt internet portalı oyunçunun bazar dəyərini 200 milyon avro olaraq qiymətləndirir.

İdman.biz