Konya şəhərində DÇ-2026-nın seçmə mərhələsinin 2-ci turu çərçivəsində Türkiyə və İspaniya yığmaları üz-üzə gəlib.
İdman.biz xəbər verir ki, qonaqlar rəqibini 6:0 hesabı ilə darmadağın ediblər.
Bu nəticə Türkiyə millisinin tarixinə düşüb: komanda 41 ildən sonra evdə 6 top fərqi ilə uduzub. Sonuncu dəfə belə məğlubiyyət 1984-cü ildə qeydə alınıb — həmin vaxt Türkiyə İngiltərə (0:8) və Macarıstana (0:6) uduzub.
Daha əvvəl Türkiyə millisi 1965-ci ildə Çexoslovakiyaya da evdə 0:6 hesabı ilə məğlub olub.