KL: “Fənərbaxça” 6, "Beşiktaş" 5 top buraxıb

Xəbərlər
1 Dekabr 2023 02:07
290
KL: “Fənərbaxça” 6, "Beşiktaş" 5 top buraxıb

Bu gün Konfrans Liqasında V turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, Türkiyə klubları ağır məğlubiyyət alıblar.

“Fənərbaxça” səfərdə “Norşelland”ın qonağı olub. Danimarka klubu 6:1 hesabı ilə qələbə qazanıb. Növbəti mərhələyə yüksəlmək üçün "Fənər" son turda mütləq qələbə qazanmalıdır. Əks halda "Ludoqorets"in uğursuzluğuna ümid etməlidir.

Digər türk klubu “Beşiktaş” isə öz meydanında “Brügge”yə 0:5 hesabı ilə uduzub.

Qeyd edək ki, "Lill", "Slovan", "Gent", "Makkabi T-Ə", "Viktoriya", "Brügge", "Bude-Qlimt", "Aston Villa", "Fiorentina", PAOK və "Ayntraxt" Konfrans Liqasının pley-offunda oynamaq hüququ qazanıblar.

Konfrans Liqası, qrup mərhələsi

V tur
30 noyabr
A qrupu
21:45 “Klaksvik” – “Slovan” - 1:2
21:45 “Olimpiya” – “Lill” - 0:2
Xal durumu:
“Lill” – 11, “Slovan” – 10, Klaksvik” – 4, “Olimpiya” – 3 xal.

B qrupu
21:45 “Gent”– “Zarya” - 4:1
00:00 “Breydablik” – “Makkabi” – 1:2
Xal durumu:
“Makkabi” – 12, “Gent” – 10, “Zarya” – 4, "Breydablik” – 0 xal.

C qrupu
19:30 “Astana” – “Dinamo” (Zaqreb) - 0:2
21:45 “Ballkani” – “Viktoriya” - 0:1
Xal durumu:
“Viktoriya” – 15, Dinamo” (Zaqreb) – 6 xal, “Astana” – 4 xal, “Ballkani” – 4 xal.

D qrupu
21:45 “Beşiktaş” – “Brügge” - 0:5
21:45 “Bude-Qlimt” – “Luqano” - 5:2
Xal durumu:
“Brügge” – 13, “Bude-Qlimt” – 10, “Luqano” – 4, “Beşiktaş” – 1 xal.

E qrupu
21:45 “Alkmaar” – “Zrinski” - 1:0
00:00 “Aston Villa” – “Legiya” - 2:1
Xal durumu:
“Aston Villa” – 12,“Legiya” – 9, “Alkmaar” – 6, “Zrinski” – 3 xal.

F qrupu
00:00 “Çukariçki” – “Ferentsvaroş” - 1:2
00:00 “Fiorentina” – “Genk” - 2:1
Xal durumu:
“Fiorentina” –11, “Ferentsvaroş” – 9, “Genk” – 6, “Çukariçki” – 1 xal.

G qrupu
21:45 “Helsinki”– “Aberdin” - 2:2
00:00 “Ayntraxt” – PAOK - 1:2
Xal durumu:
PAOK – 13, “Ayntraxt” – 9, “Aberdin” – 3, “Helsinki” – 2 xal.

H qrupu
00:00 “Norşelland” – “Fənərbaxça” - 6:1
00:00 “Spartak” (Trnava) – “Ludoqorets” - 1:2
Xal durumu:
“Norşelland” – 10, “Ludoqorets” – 9, “Fənərbaxça” – 9, “Spartak” (Trnava) – 2 xal.

İdman.biz