Xabi Alonsodan Arda Gülər haqqında tərifli sözlər

Xəbərlər
24 Avqust 2025 04:25
36
Xabi Alonsodan Arda Gülər haqqında tərifli sözlər

“Real Madrid”in baş məşqçisi Xabi Alonso “Ovyedo” ilə oyundan əvvəl keçirilən mətbuat toplantısında verdiyi açıqlamalarda Arda Gülər haqqında da danışıb.

İdman.biz xəbər verir ki, o, ''komandada cərimə zərbələrini ən yaxşı vuran kimdir?'' sualını cavablayıb.

Baş məşqçi, "Arda Gülər. O cərimə zərbələrini əla vurur. Trent, Mastantuono və Mbappe də elədirlər. Görək, cərimə zərbələrini kim vuracaq" deyib.

Xabi Alonsonun rəhbərliyi altında “Real Madrid”də daha çox oynamağa başlayan Arda Gülər çempionatın ilk həftəsində oynanılan “Osasuna” matçında 90 dəqiqə meydanda olub.

İdman.biz