Dünya çempionatı: Bir qızıl, bir bürünc şansı - YENİLƏNİB

Xəbərlər
22 Avqust 2025 18:30
93
Dünya çempionatı: Bir qızıl, bir bürünc şansı - YENİLƏNİB

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, Turan Daşdəmirov (55 kq) yarımfinal görüşünə çıxıb.

Təmsilçimiz final uğrunda mübarizədə yaponiyalı Daisuke Morişita ilə qarşılaşıb. 10:2 hesabı ilə qalib gələn Turan sabah finalda güləşəcək.

Fəraim Mustafayev (67 kq) isə finala gedən yolda Erzu Zakriyev (UWW) üz-üzə gəlib. 7:14 hesabı ilə uduzan güləşçimiz bürünc uğrunda yarışacaq.

Qeyd edək ki, bu gün daha bir idmançı finalda güləşəcək. Ayxan Cavadov (60) finalda ermənistanlı Yurik Mxitaryanla mübarizə aparacaq.

***

16:00

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 55 və 67 kq çəki dərəcələrində yarımfinala vəsiqə almış Turan Daşdəmirovla Fəraim Mustafayevin rəqibləri məlum olub.

Daşdəmirov final uğrunda mübarizədə yaponiyalı Daisuke Morişita ilə qarşılaşacaq. Mustafayevin isə rəqibi Dünya Güləş Birliyindən Erzu Zakriyev olacaq.

***

15:28

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 55 kq çəkidə çıxış edən yunan-Roma güləşçimiz Turan Daşdəmirov ukraynalı Nazariy Babinskiyə tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib.

İlk qarşılaşmasında o, hindistanlı Anil Morana xalların keyfiyyətinə görə (9:9) qalib gələrək 1/4 finalda çıxış etmək hüququ qazanmışdı.

***

15:05

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 67 kq çəkidə çıxış edən yunan-Roma güləşçimiz Fəraim Mustafayev türkiyəli Abdullah Keskinə 7:2 hesabıyla qalib gələrək yarımfinala yüksəlib.

Bundan əvvəl o, ukraynalı Vladislav Pokotiloya 4:3 və ermənistanlı Narek Qriqoryana 3:1 hesabıyla qalib gəlmişdi.

Yunan-Roma kateqoriyasında 97 kq-da güləşən həmyerlimiz İsmayıl Rzayev da koreyalı Jaeno Çoiyə tam üstünlüklə (10:0) qalib gələrək 1/8 finala yüksəlib.

55 kq-da isə yunan-Roma güləşçimiz Turan Daşdəmirov hindistanlı Anil Morana xalların keyfiyyətinə görə (9:9) qalib gələrək 1/4 finalda çıxış etmək hüququ qazanıb.

İdman.biz

Məqalədə: