Kazemiro “Mançester Yunayted”dən ayrılmağı düşünür.
İdman.biz xəbər verir ki, braziliyalı futbolçu 2025-ci ilin yay transfer pəncərəsi bitməmiş “Əl-İttihad”a keçmək istəyir.
Onun "Real"dakı keçmiş komanda yoldaşı Kərim Benzema Səudiyyə klubunu Kazemiroya nəzər salmağa çağırıb. Təcrübəli yarımmüdafiəçi Kristiano Ronaldonun forma geyindiyi "Əl-Nəsr"ə qoşulması da mümkündür.
Bununla belə, transfer pəncərəsi bağlanana qədər uyğun bir əvəzedici tapmasa, “Mançester Yunayted”in Kasemironu asanlıqla buraxacağı ehtimalı azdır.
İdman.biz