Nkunkuya görə daha bir klub elçi düşüb

Xəbərlər
24 Avqust 2025 06:21
45
Nkunkuya görə daha bir klub elçi düşüb

İngiltərənin “Aston Villa” klubu Kristofer Nkunkunu transfer etməyi düşünür.

İdman.biz xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat verib.

Onun məlumatına əsasən, “Aston Villa” artıüq “Çelsi” ilə ilkin danışıqlar da aparıb.

Qeyd edək ki, Nkunku ilə Bundesliqanın “Bavariya” və “Leypsiq” klubları da maraqlanırlar. Onlar futbolçunu icarəyə götürmək niyyətindədirlər.

İdman.biz