Kriştiano Ronaldo dinini dəyişib?

Xəbərlər
24 Avqust 2025 09:26
68
Kriştiano Ronaldo dinini dəyişib?

Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı Superkubokunun finalında penaltilər seriyası zamanı diz çökərək dua etməsi diqqətdən yayınmayıb.

İdman.biz xəbər verir ki, bu da onun komandasına kömək etməyib - "Əl-Nəsr" 2:2 hesabı ilə başa çatan oyunda penaltilər seriyasında "Əl-Əhli"yə 3:5 hesabı ilə uduzub.

İnternetdə fanatları Ronaldonun diz çökərək dua etməsini müzakirə edərək futbolçun dinini dəyişməsi qənaətinə gəliblər. Hələ 2024-cü ilin sonunda "Əl-Nəsr"ın qapıçısı Valid Abdullah bildirmişdi ki, Kriştiano islamı qəbul etmək istəyir.

Daha əvvəl Niderland millisinin vingeri Kvinsi Promesin BƏƏ-də çıxış edərkən müsəlman olması barədə xəbərlər yayılmışdı. Həyatının kriminal hadisələrə görə alt-üst olduğunu düşünən 33 yaşlı futbolçu İslamı qəbul etməklə hər şeyi dəyişmək istədiyini bildirmişdi.

İdman.biz