Merih Demiral üçün Avropa yolu

Xəbərlər
24 Avqust 2025 07:36
48
Merih Demiral üçün Avropa yolu

A Seriyasının nəhənglərindən “Milan” müdafiəçisi Malik Tiavı Premyer Liqa təmsilçisi “Nyukasl”a satdıqdan sonra transfer cəhdlərini artırıb. Bu barədə “Corriere della Sera” xəbər verir.

İdman.biz xəbər verir ki, İtaliya klubunun “Əl-Əhli”nin futbolçusu Merih Demiralı transfer etməkdə maraqlı olduğu bildirilir.

Səudiyyə Ərəbistanı komandası ilə 2026-cı ilə qədər müqaviləsi olan Merihin Avropaya qayıtmaq niyyətində olduğu və İtaliya Liqasına dönə biləcəyi bildirilib.

Son mövsümdə komandasının heyətində 44 oyuna çıxan Merih bu matçlarda 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

İdman.biz