Almaniya Bundesliqasında 2025/2026 mövsümünə start verilib.
İdman.biz xəbər verir ki, açılış matçında son çempion "Bavariya" "Leypsiq"lə qarşılaşıb.
Münhendə keçirilən görüşdə meydan sahibləri darmadağınla qalib gəliblər. "Pivəçilər"in heyətində Harri Keyn het-triklə yadda qalıb. Maykl Olise iki dəfə fərqlənib, daha bir qolu Luiz Dias vurub.
Almaniya Bundesliqası
1-ci tur
22 avqust
22:30. "Bavariya" - "Leypsiq" - 6:0
İdman.biz