"Əl-Nəsr" və "Əl-İttihad" Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında üz-üzə gəliblər.
İdman.biz xəbər verir ki, 4 komandanın iştirakı ilə turnir Honq Konqda keçirilir.
Bakı vaxtı ilə 16:00-da başlayan qarşılaşmada "Real Madrid"in sabiq ulduzları Kriştiano Ronaldo və Kərim Benzema rəqib olaraq üzləşiblər. “Əl-Nəsr” “Əl-İttihad”ı 2:1 hesabı ilə məğlub edib.
Yarımfinalın digər cütündə "Əl-Əhli" ilə "Əl-Qadisya" qarşılaşacaq.
Səudiyyə Ərəbistanı Superkuboku
Yarımfinal
16:00. "Əl-Nəsr" - "Əl-İttihad" - 2:1
Qollar: S. Mane 10, J. Feliks 61 - S. Berqvayn 16
Qırmızı vərəqə: S. Mane 25
İdman.biz