"Beşiktaş" "Şalke"dən Taylan Bulutu transfer edib.
İdman.biiz xəbər verir ki, 19 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Bulut 4 il "Şalke"də çıxış edib. O, Almaniyanın aşağı yaş qrup yığmalarının formasını geyinib.
Qeyd edək ki, Bulut son mövsümdə 29 oyunda iki qol və bir ötürmə ilə yadda qalıb.
İdman.biz