"Barselona" Jül Kunde ilə müqavilə müddətini artırıb.
İdman.biz xəbər verir ki, bu barədə Karaloniya klubundan açıqlama yayılıb.
Fransalı müdafiəçi ilə yeni müqavilə 2030-cu ilədək nəzərdə tutulub. 26 yaşlı futbolçunun "Barselona" ilə əvvəli razılaması 2027-ci ilin yayında bitməli idi.
Qeyd edək ki, Kunde 2022-ci ildən "Barsa"da oynayır. O, bu müddət ərzində 141 oyunda 7 qol və 18 ötürmə ilə yadda qalıb.
İdman.biz