Maradonasız 3-cü il... – FAKTLAR - FOTO

25 Noyabr 2023 16:44
1 070
Maradonasız 3-cü il... – FAKTLAR - FOTO

Bu gün futbol dünyasını əfsanəsi sayılan Dieqo Armando Maradonanın ölümündən 3 il keçir.

İdman.biz xəbər verir ki, o, 2020-ci ilin bu günü dünyaya gözlərini əbədi yumdu.

Futbolçu karyerası ərzində “Boka Xuniors”, “Barselona” və “Napoli” klubları ilə müxtəlif yarışlarda 9 çempionluq qazanan Maradona Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olaraq adını futbol tarixinə qızıl hərflərlə yazdırıb.
Bir çoxları onu Pele ilə birlikdə "tarixin ən yaxşı futbolçusu" kimi qəbul edirlər. Bəziləri Peledən daha istedadlı olduğunu iddia edirlər.

Maradona 30 oktyabr 1960-cı ildə Argentinanın paytaxtı Buenos-Ayresdə anadan olub.
Fabrikdə fəhlə ata və evdar ananın övladı olan Armandonun istedadı 8 yaşında üzə çıxıb və o, məhəllənin “Estrella Roja” komandasında oynamağa başlayıb.

16 yaşı tamam olmamış “Argentinos Xuniors”la peşəkar müqavilə imzalayan Dieqo 1981-ci ildə “Boka Xuniors”da çempionluq qazandıqdan sonra Avropanın ən böyük klublarından biri olan “Barselona”ya transfer olunub.

Maradonanı Avropa illəri

1982-1984-cü illərdə İspaniyanın "Barselona" klubunun heyətində bütün yarışlarda 58 oyun keçirən və 38 dəfə fərqlənən Maradona 3 dəfə kuboku qazanmağın dadını çıxarıb.

Argentinalı ulduz 1983-cü ildə Kral Kubokunu, İspaniya Superkubokunu və La Liqa kubokunu qazanıb.
1984-cü ildə əfsanəyə çevriləcəyi İtaliyanın "Napoli" komandasına transfer olunan Maradona bütün yarışlarda 259 matça çıxıb və 115 qol vurub.

Maradona sayəsində “Napoli” liqada güclü komandalarla rəqabət apara biləcək səviyyəyə çatdı və bu müddətdə 2 liqa çempionluğu ilə yanaşı, UEFA Kuboku, İtaliya Kuboku və İtaliya Super Kuboku da klubun muzeyinə apardı.

“Napoli”dən, sonra “Sevilya”, “Nyuells Old Boyz” və nəhayət, keçmiş komandası “Boka Xuniors”da çıxış edən Maradona 1997-ci ildə aktiv futbolçu karyerasını başa vurub.

Oynadığı komandalarla bütün yarışlarda 588 matça çıxan Maradona 312 qola imza atıb.

DÇ-1986: Tanrının əli

Maradona 1986-cı ildə Argentinanın ev sahibliyi etdiyi dünya çempionatında göstərdiyi üstün performansla adını bütün dünyaya tanıtdı.

Turnirin 1/4 finalında İngiltərə toruna əli ilə vurduğu qolla mübahisə hədəfinə çevrilən ulduz futbolçu eyni matçda topu 60 metr daşıyaraq 5 nəfəri driblinqlə keçərək qol vurdu. Bu qol 2002-ci ildə FİFA tərəfindən keçirilən səsvermədə "əsrin qolu" seçilib.
Maradonanın rəhbərlik etdiyi Argentina finalda Qərbi Almaniyanı 3:2 hesabı ilə məğlub edərək dünya kubokunu qazanıb.
Maradona millinin heyətində 91 oyun keçirib və 34 qol vurub.