"Udineze"nin qapıçısı sarı vərəqəyə görə ittiham olunur

Xəbərlər
28 İyul 2025 18:53
34
"Udineze"nin qapıçısı sarı vərəqəyə görə ittiham olunur

"Udineze"nin qapıçısı Maduke Okoye iki aylıq diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, buna səbəb qolkiperin 2024-cü ilin martında "Latsio" ilə görüşdə sarı vərəqə almasıdır.

Qarşılaşmanın 64-cü dəqiqəsində "Udineze" hesabda 2:1 hesabı ilə öndə olarkən Okoye vaxtı uzatdığına görə, cəzalandırılıb. Nigeriyalı qapıçının sarı vərəqə almasından əvvəl bu hadisəyə anormal pul qoyuluşları diqqəti çəkib. Udine ətrafında müştərilər 120 milyondan yüksək qazanc əldə ediblər.

Qeyd edək ki, futbolçunun nümayəndələri bütün ittihamları rədd ediblər. Əgər Madukenin günahı təsdiq olunarsa, onu 4 ilədək futboldan uzaqlaşdırılması gözlənilir.

İdman.biz