"Bavariya" Luis Diasla müqavilənin detallarını razılaşdırıb.
İdman.biz xəbər verir ki, kolumbiyalı vinger Münhen klubunda ilə 14 milyon avro maaş alacaq.
Diasın çıxış etdiyi "Liverpula"la, hələlik, razılıq əldə olunmayıb. "Pivəçilər" təklifi 60 milyon avroya kimi yüksəltsələr də, ingilislər bu rəqəmlə razılaşmayıblar. "Barselona"nın da maraq dairəsində olan Luisə 75 milyon avro qiymət qoyulub.
Qeyd edək ki, 27 yaşlı vinger 2024/2025 mövsümündə bütün turnirlərdə "Liverpul"un heyətində 50 oyunda 17 qol və 8 ötürmə ilə yadda qalıb.
İdman.biz