Danimarkalı hücumçu Yussuf Poulsen yen komandası bəlli olub.
İdman.biz xəbər verir ki, o, karyerasını "Hamburq"da davam etdirəcək.
Təcrübəli futbolçu ilə 2027-ci ilin yayına kimi müqavilə imzalayıb. Poulsen 12 ildən sonra "Leypsiq"i tərk edib. O, bu müddət ərzində komandada 425 oyunda 95 qol vurub, 66 ötürmə verib.
Qeyd edək ki, "Hamburq" 8 ildən sonra Almaniya Bundesliqasında çıxış edəcək.
İdman.biz