“Əl-Nəsr” Jorje Jezuşun təyinatını açıqlayıb

Xəbərlər
14 İyul 2025 23:16
37
“Əl-Nəsr” Jorje Jezuşun təyinatını açıqlayıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu yeni baş məşqçisinin adını açıqlayıb.

İdman.biz xəbər verir ki, komanda Jorje Jezuşla müqavilə imzalayıb.

Kriştiano Ronaldonun çıxış etdiyi "Əl-Nəsr" Stefano Piolinin isteaya göndərilməsindən sonra 70 yaşlı mütəxəssislə əməkdaşlığa qərar verib. Səudiyyə Ərəbistanı Jezuşa yad məkan deyil. O, bu ilin mayına kimi "Əl-Hilal"a başçılıq edib və iki mövsüm ərzində komandaya ölkə çempionluğu, iki Superkubok, bir kubok qazandırıb.

Qeyd edək ki, "Əl-Nəsr" son mövsümdə çempionatı 3-cü pillədə başa vurub.

İdman.biz