Mahir Emreli sıradan çıxıb - VİDEO

Xəbərlər
13 İyul 2025 11:02
143
Mahir Emreli sıradan çıxıb - VİDEO

Azərbaycan yığmasının hücumçusu Mahir Emreli "Kayzerslautern"in dünən keçirdiyi yoxlama oyununda sıradan çıxıb.

İdman.biz xəbər verir ki, o, bu barədə Offsideplus.az-a özü açıqlama verib.

28 yaşlı hücumçu bildirib ki, zədəsi gözlənilən qədər ciddi deyil: "Ağrılarım var, amma həkim bildirdi ki, bağlar yaxşıdır. Ağrımın nə vaxta qədər davam edəcəyi bilinmir. Amma çox ümid edirik ki, bir neçə günə yaşıl meydanlara qayıdaram, çox çəkməz".

İdman.biz