"Qızıl top"un qalibi "Milan"da

Xəbərlər
14 İyul 2025 21:34
43
"Qızıl top"un qalibi "Milan"da

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç karyerasını "Milan"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, o, bu gün İtaliya təmsilçisi ilə rəsmi müqavilə imzalayıb.

39 yaşlı futbolçu ilə 1+1 illik razılıq əldə olunub. Lukanın illik məvacibi 3-3,5 milyon avro təşkil edəcək. Təcrübəli oyunçu yeni klubunda 14 nömrəli formanda çıxış edəcək.

Qeyd edək ki, Modriç "Real"da 13 illik karyerasını başa vurub. O, komandanın heyətində 28 titul qazanıb. Xorvatiyalı futbolçu 2018-ci ildə "Qızıl top" mükafatına layiq görülüb.

İdman.biz