"Mançester Yunayted" transferdə "Milan"a rəqib olub

Xəbərlər
7 İyul 2025 18:43
35
"Mançester Yunayted" transferdə "Milan"a rəqib olub

İspaniya yığmasının gənc yarımmüdafiəçisi Xavi Gerra "Mançester Yunayted"in transfer hədəfinə düşüb.

İdman.biz xəbər verir ki, 22 yaşlı futbolçu ilə "Milan" yaxından maraqlanırdı.

Uzun müddətdir milanlıların transfer siyahısında olan "Valensiya"nın oyunçusu İngiltərədən də təklif alıb. "Qırmızı şeytanlar"ın yaxın günlərdə daha sərfəli təklif verib, "Milan"ı qabağlayacağı gözlənilir. Gerranın transfer qiyməti 25 milyon avro dəyərləndirilir.

Qeyd edək ki, Xavi ötən mövsümdə La Liqada 36 oyunda üç qol və üç ötürmə ilə yadda qalıb.

İdman.biz