"Yuventus" Duşan Vlahoviçdən imtina edir

Xəbərlər
4 İyul 2025 18:19
32
"Yuventus" Duşan Vlahoviçdən imtina edir

"Yuventus" Duşan Vlahoviçlə müqaviləyə xitam verə bilər.

İdman.biz xəbər verir ki, Turin klubu serbiyalı futbolçunun meneceri ilə onun gələcəyini müzakirə edəcək.

"Qoca Sinyora" 25 yaşlı hücumçunun satmaq istəsə də, o bununla razılaşmayıb. "Yuventus"un idman direktoru Damyen Komolli Duşanın meneceri Darko Ristiçlə görüşəcək. Müzakirələr zamanı Vlahoviçlə müqaviləyə qarşılıqlı şəkildə xitam verilməsi gözlənilir.

Qeyd edək ki, Serbiya yığmasının hücumçusu Avropanın aparıcı klubları ilə yanaşı "Fənərbaxça"nın da hədəfindədir.

İdman.biz