FIFA-dan Jotanın ölümü ilə bağlı açıqlama

Xəbərlər
3 İyul 2025 19:07
54
FIFA-dan Jotanın ölümü ilə bağlı açıqlama

FIFA prezidenti Canni İnfantino Portuqaliya yığması və "Liverpul"un futbolçuusu Dioqo Jotanın ölümü ilə bağlı başsağlığı verib.

İdman.biz xəbər verir ki, bununla bağlı qurumun rəsmi saytında açıqlama yayılıb.

İnfantino futbol dünyası adından Jota və qardaşı Andre Silvanın faicəvi ölümündən təəssüfləndiyini bildirib: "Dieqo Jota və qardaşının avtomobil qəzasında faciəvi ölümdən dərin kədərlənirəm. Futbolçuların ailəsinə, "Liverpul", "Penafyel", eləcə də Portuqaliya Futbol Federasiyasına dərin hüznlə başsağlığı verirəm. Onların ölümü futbol düynası ümün ciddi itki sayılacaq".

Qeyd edək ki, gecə saatlarına Jotanın idarə etdiyi avtomobil qəza nəticəsində yanıb və hər iki futbolçu dünyasını dəyişib.

İdman.biz