Klublarası dünya çempionatında 1/8 finalın ilk görüşü keçirilib.
İdman.biz xəbər verir ki, Braziliyanın iki klubu üz-üzə gəlib.
"Palmeyras" - "Botafoqo" görüşünün qalibi əlavə vaxtda müəyyənləşib. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb. Əlavə vaxtda isə Paulinyo "Palmeyras"a qələbə qazandıran qolun müəllifi olub.
"Palmeyras" 1/4 finalda "Benfika" - "Çelsi" cütünün qalibi ilə qarşılaşacaq.
Dünya çempionatı
1/8 final
28 iyun
20:00. "Palmeyras" (Braziliya) - "Botafoqo" (Braziliya) - 0:0, ə.v. 1:0
Qol: Paulinyo, 100
İdman.biz