Kriştiano Ronaldo həmyerlisinin "Əl-Nəsr"ə baş məşqçi təyin olunmasını istəyir

Xəbərlər
28 İyun 2025 18:21
31
Kriştiano Ronaldo həmyerlisinin "Əl-Nəsr"ə baş məşqçi təyin olunmasını istəyir

Stefano Pioli ilə yollarını ayıran "Əl-Nəsr" yeni baş məşqçi axtarışına çıxıb.

İdman.biz xəbər verir ki, komanda Jorje Jezuşun xidmətində maraqlıdır.

"Əl-Nəsr"in ulduz futbolçusu Kriştiano Ronaldo da həmyerlisinin təyin olunmasının tərəfdarıdır. Hətta onun bu məsələdə vasitəçi olun Jezuşu razı salmağa çalışdığı bildirilib.

Qeyd edək ki, 70 yaşlı mütəxəssis mayın əvvəlində "Əl-Hilal"ı tərk edib. O, 2024-cü ildə komandaya Səudiyyə Ərəbistanı çempionu və kuboku titullarını qazandırıb.

İdman.biz