Pol Poqba rəsmən "Monako"da

Xəbərlər
28 İyun 2025 20:54
31
Pol Poqba rəsmən "Monako"da

Fransalı yarımmüdafiəçi Pol Poqba karyerasını "Monako"da davam etdirəcək.

İdman.biz xəbər verir ki, knyazlıq klubundan rəsmi açıqlama yayılıb.

32 yaşlı futbolçu ilə 2027-ci il iyunun sonuna kimi müqavilə imzalanıb. Əvvəllər Poqba "Mançester Yunayted" və "Yuventus" kimi komandalarda çıxış edib. O, Fransa yığmasının heyətində DÇ-2018-in qalibi olub.

Qeyd edək ki, 2023-cü ilin sentyabrında Poqbanın verdiyi analizin cavabı müsbət olub və o, ötən il fevralın 29-da 4 illik diskvalifikasiya edilib. Futbolçunun apelyasiyasından sonra Beynəlxalq Arbitraj Məhkəməsi cəza müddətini 18 aya endirib.

İdman.biz