"Sumqayıt"dan “Neftçi”yə

Xəbərlər
28 İyun 2025 19:21
40
"Sumqayıt"dan “Neftçi”yə

“Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.

İdman.biz xəbər verir ki, Murad Xaçayev paytaxt klubu ilə müqavilə imzalayıb.

27 yaşlı müdafiəçi ilə 2 illik razılıq əldə edilib. Donetsk “Şaxtyor”unun yetirməsi olan Xaçayevin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub. O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırki baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb. Murad Azərbaycan yığmasında 1 oyun keçirib.

Qeyd edək ki, Xaçayev Azərbaycan Premyer Liqasının 2024/2025 möövsümündə 35 oyunda 1 dəfə fərqlənib.

İdman.biz