Ən çox azarkeş PSJ - "Atletiko" matçını izləyib - TOP-5

Xəbərlər
29 İyun 2025 01:20
27
Ən çox azarkeş PSJ - "Atletiko" matçını izləyib - TOP-5

Klublararası dünya çempionatında qrup mərhələsinin stadiondan ən çox izlənən 5 oyunu açıqlanıb.

İdman.biz xəbər verir ki, FIFA-nın mətbuat xidmətinin məlumatına görə, PSJ - "Atletiko" matçına maraq daha yüksək olub.

Avropa klublarının görüşünü 80 mindən çox azarkeş izləyib. Siyahıda "Real"ın 3 oyunu yer alıb.

Ən çox izlənən 5 oyun:

1. PSJ - "Atletiko" (4:0) - 80 616 tamaşaçı.
2. "Real"- "Paçuka" (3:1) - 70 248.
3. "Zalsburq" - "Real" (0:3) - 64 811.
4. "Boka Xuniors" - "Bavariya" - 63 587.
5. "Real" - "Əl-Hilal" (1:1) - 62 415.

İdman.biz