Luka Modriç 60-a çatıb - REKORD

Xəbərlər
28 İyun 2025 17:58
36
Luka Modriç 60-a çatıb - REKORD

"Real"ın yarımmüdafiəçisi Luka Modriçlə bağlı maraqlı statistika açıqlanıb.

İdman.biz xəbər verir ki, xorvatiyalı futbolçu 2024/25-ci illər mövsümündə klub yarışlarında 60 oyun keçirib.

Beləliklə, Modriç 39 yaşında şəxsi rekordunu müəyyənləşdirib: o, əvvəllər heç vaxt bir mövsümdə bu qədər matç oynamayıb.

O, 60 qarşılaşmada 4 qol vurub və 9 məhsuldar ötürmə edib.

Qeyd edək ki, Modriç 2024/25-ci illər mövsümündə həmçinin 10 oyunda Xorvatiya millisinin formasını geyinib.

İdman.biz