Elvin Bədəlov "Neftçi"də

Xəbərlər
28 İyun 2025 19:45
53
Elvin Bədəlov "Neftçi"də

“Neftçi” bu gün ikinci transferini reallaşdırıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidmətindən məlumat yayılıb.

Paytaxt klubu Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib. 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə komandamızın şərəfini qoruyub.

Onun sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.

Qeyd edək ki, Elvin Bədəlov Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə 33 matçda meydana çıxıb və 3 qolla yadda qalıb.

İdman.biz