Avropa Liqasının qalibinə 60 milyon qiymət qoyulub

Xəbərlər
26 İyun 2025 22:21
27
Avropa Liqasının qalibinə 60 milyon qiymət qoyulub

"Tottenhem"in Kristian Romero üçün tələb etdiyi transfer rəqəmi bəlli olub.

İdman.biz xəbər verir ki, Avropa Liqasının qalibi argentinalı müdafiəçinin 60 milyon funtdan ucuz satmaq niyyətində deyil.

Təcrübəli futbolçu "Atletiko"nun maraq dairəsinə düşüb. Madrid klubunun baş məşqçisi Dieqo Simeone həmyerlisini gələcək planlarına daxil edib. Romeronun özü də İspaniyada oynamağın əleyhinə deyil.

Qeyd edək ki, 27 yaşlı futbolçunun "Tottenhem"lə 2027-ci ilin yayına kimi müqaviləsi var. Kristian son mövsümdə 26 oyunda bir qol və iki ötürmə ilə yadda qalıb.

İdman.biz