Kriştiano Ronaldo daha iki il "Əl-Nəsr"də

Xəbərlər
26 İyun 2025 21:02
24
Kriştiano Ronaldo daha iki il "Əl-Nəsr"də

Portuqaliyalı ulduz Kriştiano Ronaldo "Əl-Nəsr"lə yeni müqavilə imzalayıb.

İdman.biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı klubundan rəsmi açıqlama verilib.

Tərəflər arasındakı razılaşma iki mövsümlük nəzərdə tutulub. Ronaldo 2023-ci ildən "Əl-Nəsr"in formasını geyinir.

Qeyd edək ki, Kriştiano 2024/2025 mövsümündə bütün turnirlərdə 35 qol vurub, 4 ötürmə verib.

İdman.biz