“Neftçi” mövsümlərarası fasilədə növbəti transferini rəsmiləşdirib.
İdman.biz xəbər verir ki, Luis Ortis qarşıdakı mövsümdə paytaxt klubunun formasını geyinəcək.
25 yaşlı futbolçu 1 il müddətinə icarəyə götürülüb. Paraqvaylı Ortis sol cinah yarımmüdafiəçi mövqeyində çıxış edir.
Qeyd edək ki, bunadək yalnız vətənində çıxış etmiş Ortisin məxsus olduğu klub “Sportivo Ameliano”dur. O, bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.
İdman.biz