Niko Uilyamsın "Barselona"ya keçəcəyi tarix açıqlanıb - VİDEO

Xəbərlər
25 İyun 2025 02:21
45
Niko Uilyamsın "Barselona"ya keçəcəyi tarix açıqlanıb - VİDEO

"Barselona" iyulun ilk günlərində Niko Uilyamsın transferini rəsmiləşdirəcək.

İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Kataloniya klubu Nikonun müqaviləsində yer alan təzminat məbləğini iyulun 1-də və ya 2-də "Atletik"in hesabına köçürməyi planlaşdırıb. İspaniya millisinin üzvünün keçidi üçün "Barselona" 62 milyon avro ödəməlidir. 22 yaşlı hücumçu ilə 2031-ci ilin iyun ayına qədər müqavilə imzalanacaq.

Qeyd edək ki, ispaniyalı oyunçu başa çatan 2024/25 mövsümündə 45 qarşılaşmada meydana çıxıb və 11 qola, 7 məhsuldar ötürməyə imza atıb.

İdman.biz