CAS "Drogheda Yunayted"in apelyasiyasını təmin etməyib

Xəbərlər
16 İyun 2025 23:37
63
CAS "Drogheda Yunayted"in apelyasiyasını təmin etməyib

İrlandiya kubokunun qalibi "Drogheda Yunayted"in UEFA Konfrans Liqasında iştirak etmək üçün verdiyi apelyasiya təmin olunmayıb.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama yayılıb.

"Drogheda Yunayted"lə Danimarkanın “Silkeborq” klubu eyni - "Trivela Group" şirkəti tərəfindən maliyyələşdiyi üçün UEFA irlandiyalıları Konfrans Liqasından kənarlaşdırıb. Bu qərarla razılaşmayan komandanın rəhbərliyi qərardan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etsə də, nəticə dəyişməyib.

Qeyd edək ki, İrlandiya kubokunun finalında "Drogheda Yunayted"ə uduzan "Derri Siti" isə turnirə qatılmaq istəməyib. Nəticədə 2025/2026 mövsümdə UEFA yarışlarında ölkəni "Şemrok Rovers" və "Saint Patriks" təmsil edəcəklər.

İdman.biz