Nidelandlı futbolçu Dubayda həbs olunub

Xəbərlər
12 İyun 2025 22:21
48
Nidelandlı futbolçu Dubayda həbs olunub

Niderland millisinin keçmiş üzvü Kuinsi Promes Dubayda həbs olunub.

İdman.biz xəbər verir ki, o, Niderland prokurorluğunun tələbi əsasında saxlanılıb.

33 yaşlı futbolçu 2024-cü ilin martında Avropa ölkəsində narkotik qaçaqmalçılığı işində təqsirli bilinib və qiyabi 6 il müddətinə azadlıqdan məhrum edilib. Promes onun ekstradisiyasında israrlı olan Niderland prokurorluğunun tələbi ilə hücumçu Birləşmiş Ərəb Əmirliklərində növbəti həbs edilib.

Qeyd edək ki, əvvəlcə də həbs olunan Promes may ayında girov müqabilində həbsdən buraxılıb. Kuinsi 2014-2021-ci illərdə Niderland millisində 50 oyuna 7 qol vurub. Moskva "Spartak"ı, "Sevilya" və "Ayaks" kimi klublarına formasını geyinən futbolçu 2024-cü ildən BƏƏ-nin 1-ci divizion klubu "Dubai United"də çıxış edir.

İdman.biz