Surinam millisi DÇ-2026-nın seçmə mərhələsinin pley-offuna buraxılmaya bilər

Xəbərlər
14 Dekabr 2025 12:50
45
Surinam millisi DÇ-2026-nın seçmə mərhələsinin pley-offuna buraxılmaya bilər

Surinam millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsinin pley-off oyunlarına buraxılmaması ehtimalı yaranıb.

İdman.Biz xəbər verir ki, ölkə məhkəməsi Surinam Futbol Federasiyasının bank hesablarını dondurub. Buna səbəb federasiyada keçirilən son seçkilərin nəticələri ilə bağlı məhkəməyə müraciət olunmasıdır.

Məlumata görə, yaranmış hüquqi və maliyyə problemləri federasiyanın normal fəaliyyətinə ciddi maneə yaradır. Bu vəziyyət davam edərsə, Surinam millisinin DÇ-2026 seçmə mərhələsinin pley-off mərhələsində iştirakına icazə verilməyə bilər.

İdman.Biz

Məqalədə: