Albaniyanın “Partizani” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Vüsal İsgəndərli Superliqanın 16-cı turunda keçirilən oyunda qol vurub.
İdman.Biz xəbər verir ki, “Partizani” doğma meydanda “Flamurtari”ni 2:1 hesabı ilə məğlub edib.
Qarşılaşmaya start heyətdə başlayan Vüsal İsgəndərli 33-cü dəqiqədə hesabı açaraq komandasının qələbəsinə mühüm töhfə verib. Azərbaycanlı futbolçu matçı sona qədər meydanda keçirib.
Bu qələbədən sonra “Partizani” 23 xal toplayaraq Albaniya çempionatının turnir cədvəlində altıncı pilləyə yüksəlib.
