Qyokereşdən 35 milyon maaşa imtina

Xəbərlər
10 İyun 2025 00:17
117
Qyokereşdən 35 milyon maaşa imtina

Viktor Qyokereş "Əl-Hilal"a keçməkdən imtina edib.

İdman.biz xəbər verir ki, isveçli hücumçuya illik 35 milyon avro maaş təklif olunub.

Ərəblər Viktorun çıxış etdiyi "Sportinq"ə 65 milyon avro ödəməyə hazırdırlar. Amma Qyokereş karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəməyib.

Qeyd edək ki, 27 yaşlı hücumçu Portuqaliya çempionatında 39 qol vuraraq, "Sportinq"in çempion olmasında böyük rol onayıb.

İdman.biz