Avropa Liqasının qalibi "Tottenhem"in yeni baş məşqçisi dəqiqləşib.
İdman.biz xəbər verir ki, London klubu Tomas Frankla danışıqları yekunlaşdırıb.
İngiltərə mətbuatı tərəflərin bütün məsələlərdə ortaq məxrəcə gəldiyini yazıb. "Tottenhem" danimarkalı mütəxəssisin rəhbərlik etdiyi "Brentford"a 11,9 milyon avro kompensasiya ödəyəcək.
Qeyd edək ki, "Tottenhem" mövsümün sonunda Ange Postekoqlu ilə yollarını ayırıb. Komanda Avropa Liqasının qalibi olsa da, İngiltərə Premyer Liqasında 38 xalla 17-ci pillədə başa vurub.
İdman.biz