Qrizmann daha 2 il "Atletiko"da

Xəbərlər
2 İyun 2025 20:55
65
Qrizmann daha 2 il "Atletiko"da

"Atletiko" Antuan Qrizmannla müqaviləni yeniləyib.

İdman.biz xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.

Fransalı futbolçu ilə yeni razılaşma 2027-ci il iyunun sonuna kimi nəzərdə tutulub. Antuanın "Atletiko" karyerası 2014/2015 mövsümündə start götürüb. O, qısa müddətə "Barselona"da çıxış etsə də, yenidə Madridə dönüb.

Qeyd edək ki, başa çatmış mövsümdə Qrizmann 53 oyunda 16 qol və 9 ötürmə ilə yadda qalıb. O, 197 qolla klub tarixinin ən sərrast futbolçusudur.

İdman.biz