Azərbaycan millisinin rəqibi Kanadada iki oyun keçirəcək

Xəbərlər
4 İyun 2025 10:23
42
Azərbaycan millisinin rəqibi Kanadada iki oyun keçirəcək

Futbol üzrə Azərbaycan yığmasının DÇ-2026 seçmə mərhələsindəki rəqibi Ukrayna millisi "Canadian Shield" turnirində iştirak etmək üçün Kanadanın Toronto şəhərinə yollanıb.

İdman.biz xəbər verir ki, Sergey Rebrovun yetirmələri 2026-cı ildə dünya çempionatı final mərhələsinin oyunlarına ev sahibliyi edəcək "BMO Field" stadionunda iki matç keçirəcək.

Ukrayna komandası iyunun 7-də meydan sahibi - Kanada, iyunun 10-da isə Yeni Zelandiya futbolçuları ilə qarşılaşacaq.

Ukrayna yığmasının heyəti:

Qapıçılar: Andrey Lunin ("Real Madrid", İspaniya), Anatoli Trubin ("Benfika", Portuqaliya), Dmitri Riznık ("Şaxtyor Donetsk").

Müdafiəçilər: Nikolay Matvienko, Valeri Bondar (hər ikisi - "Şaxtyor Donetsk"), Aleksandr Tımçik ("Dinamo Kiyev"), Boqdan Mixayliçenko ("Polesye Jitomir"), Aleksandr Martınyuk ("Oleksandriya"), İlya Zabarnı ("Bornmut", İngiltərə), Maksim Taloverov ("Plimut", İngiltərə), Yevgeni Çeberko ("Kolumbus Kryu", ABŞ).

Yarımmüdafiəçilər: Nikolay Şaparenko, Nikolay Mixaylenko, Aleksandr Pixalenok, Vladislav Kabaev (hamısı - "Dinamo Kiyev"), Georgi Sudakov, Yeqor Nazarina, Artyom Bondarenko (hamısı - "Şaxtyor Donetsk"), Aleksey Qutsulyak ("Polesye Jitomir"), İvan Kalyujnı ("Oleksandriya"), Viktor Tsıqankov ("Jirona", İspaniya), Aleksandr Zinçenko ("Arsenal", İngiltərə), Aleksandr Zubkov ("Trabzonspor", Türkiyə).

Hücumçu: Roman Yaremçuk ("Olimpiakos", Yunanıstan).

İdman.biz