Millimizin Latviya yığması ilə oyununun hakimləri açıqlanıb

Xəbərlər
4 İyun 2025 11:26
67
Millimizin Latviya yığması ilə oyununun hakimləri açıqlanıb

Azərbaycan millisinin iyunun 7-də Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun hakim təyinatları bəlli olub.

İdman.biz xəbər verir ki, görüşü Maltadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Trustin Farrugia Canna Luke Portelli və Roberto Vella yardım edəcək. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.

Latviya - Azərbaycan
17:00.Skonto stadionu
Baş hakim:
Trustin Farrugia Cann (Malta)
Baş hakimin köməkçiləri: Luke Portelli, Roberto Vella (hər ikisi Malta)
Dördüncü hakim: Vitalijs Spasjonņikovs (Latviya)

Qeyd edək ki, matç paytaxt Riqada yerləşən “Skonto” stadionunda start götürəcək.

İdman.biz