"Fənərbaxça"dan ayrılan Edin Dzeko karyerasını "Komo"da davam etdirəcək.
İdman.biz xəbər verir ki, 39 yaşlı bosniyalı futbolçunun İtaliya A Seriyası klubu ilə bir il müddətinə müqavilə imzalayacaq.
Dzeko 2024/25 mövsümündə "Fənərbaxça"nın heyətində bütün turnirlərdə 53 matçda 21 qol vurub və 8 məhsuldar ötürmə edib.
İdman.biz