Alvaro Morataya İspaniyadan iki təklif var

Xəbərlər
31 May 2025 18:54
44
Alvaro Morataya İspaniyadan iki təklif var

İcarə əsasında "Qalatasaray"da çıxış edən Alvaro Morata İspaniyadan iki təklif var.

İdman.biz xəbər verir ki, o, karyerasını "Sevilya" və "Xetafe"də davam etdirə bilər.

"Milan"a məxsus forvardın "Qalatasaray"da da qalma ehtimalı da var. 2026-cı ilin yanvarında Türkiyə çempionu 8 milyon avro ödəyərək Moratanın transferini rəsmiləşdirə bilər. Hələlik, türklər ispaniyalı forvardla bağlı qərar verməyiblər.

Qeyd edək ki, Alvaronun "Milan"la 2028-ci ilin yayına kimi müqaviləsi var. O, "Qalatasaray"ın heyətində 16 oyunda 7 qol vurub, 3 ötürmə verib.

İdman.biz